10 May 2024
Şabranda nərə balığını satan şəxs cəzalandırıldı

Şabranda nərə balığını satan şəxs cəzalandırıldı

30 Oktyabr 2021
Baxış: 337

Şabranda qanunsuz ovlanmış balıqların satışı ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə araşdırılıb.

AJMEDİA,İNFO xəbər verir ki, xidmət rəisi Hikmət Əlizadə bildirib ki, Şabranda fəaliyyət göstərən mərkəzi kənd təsərrüfatı bazarında aparılan araşdırmalar zamanı rayon sakini İlham Məmmədov tərəfindən digər balıqlarla yanaşı ovlanması qanunla qadağan olunmuş nərə balığının satılması faktı aşkar olunub.

Faktla bağlı akt tərtib edilib və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

H.Əlizadə onu da qeyd edib ki, qanunsuz balıq ovunun və satışının qarşısının alınması istiqamətində bütün bölgələrdə monitorinqlər davam etdirilir.