12 May 2024
Sabirabadda 53 yaşlı kişini avtomobil vurdu

Sabirabadda 53 yaşlı kişini avtomobil vurdu

25 Oktyabr 2021
Baxış: 487

Sabirabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Cəngən kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü Cəbrayılov Mübariz Əsədalı oğlu yolda gedərkən minik avtomobili onu vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.