08 May 2024
Sabiq Baş prokuror İspaniyaya SIĞINDI

Sabiq Baş prokuror İspaniyaya SIĞINDI

02 Sentyabr 2021
Baxış: 600

Əfqanıstanın keçmiş Baş prokuroru Zəbihullah Kərim İspaniyaya təxliyə edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İspaniya Baş Prokurorluğu məlumat yayıb.

Bu gün İspaniyanın Baş prokuroru Dolores Delqado onunla görüşüb.

Görüş zamanı Kərim İspaniya Baş prokuroruna Əfqanıstandakı siyasi, sosial və humanitar vəziyyətdən danışıb və Əfqanıstan ədliyyə orqanları ilə əlaqəli olan keçmiş işçilər və digər şəxslərin narahatlığını ifadə edib.