14 May 2024
Sabahın hava proqnozu AÇIQLANDI

Sabahın hava proqnozu AÇIQLANDI

29 İyul 2022
Baxış: 466

İyulun 30-a gözlənilən hava şəraiti açıqlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65% olacaq.

Azərbaycanın əksər rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacaq.