08 May 2024
Saakaşvilidən "Taliban"la bağlı şok iddia: "Növbədə bu ölkələr və Rusiyadır"

Saakaşvilidən "Taliban"la bağlı şok iddia: "Növbədə bu ölkələr və Rusiyadır"

16 Avqust 2021
Baxış: 791

“Əfqanıstanda hakimiyyəti ələ keçirən Talibanın növbəti hədəfi Mərkəzi Asiya olacaq”.

AJMEDİA.İNFO teleqraf.com-a istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili deyib.

“Əfqanıstan ordusu öz ölkəsi uğrunda döyüşmək istəmədi. Buna görə də Taliban hakimiyyəti ələ keçirdi”, – deyə eks-prezident bildirib.

Saakaşvili Talibanın dayanmayacağına, Mərkəzi Asiyanın növbəti hədəf olacağını söyləyib. Sabiq dövlət başçısı hesab edir ki, əfqan ordusu öz ölkəsi uğrunda döyüşmək istəsəydi, amerikalılar ona yardım edə bilərdi.

O, bölgədə baş verənlərin Rusiya üçün ciddi başağrısı yaradacağını iddia edib: “Radikalların cənubdan irəliləməsi o deməkdir ki, Rusiya üçün çox isti bir dövr başlayır”.