01 May 2024
Rusiyanın Ukraynadakı müharibədə itkiləri AÇIQLANDI - ŞOK SİYAHI

Rusiyanın Ukraynadakı müharibədə itkiləri AÇIQLANDI - ŞOK SİYAHI

28 İyun 2022
Baxış: 390

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 35 250-yə yaxın canlı qüvvəsini itirib.

Bundan başqa, Rusiyanın 1 567 ədəd tankı, 3 704 ədəd zirehli döyüş maşını, 778 ədəd artilleriya sistemi, 243 ədəd reaktiv yaylım atəş sistemi, 102 hava hücumundan müdafiə sistemi, 217 ədəd hərbi təyyarəsi, 185 ədəd helikopteri, 139 qanadlı raketi, 2 589 ədəd nəqliyyat vasitəsi və avtoçən, 14 ədəd gəmi-kateri, 636 ədəd dronu və 61 ədəd xüsusi texnikası məhv edilib.