13 May 2024
Rusiyanın tanklarına yazılan “Z” və “V” nə deməkdir? - FOTOLAR

Rusiyanın tanklarına yazılan “Z” və “V” nə deməkdir? - FOTOLAR

03 Mart 2022
Baxış: 506

Ukraynaya hücum edən Rusiya Silahlı Qüvvələrinə məxsus hərbi texnikaların üzərindəki “Z” və “V” hərflərinin mənasını açıqlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi instaqram hesabında paylaşım edilib.

Paylaşımda “Z” - “За победу” (Qələbə üçün), “V” - “Сила V правде” и “Задача будет выполнена” (Həqiqətin gücü və Tapşırıq tamamlanacaq) kimi təqdim olunub.