10 May 2024
Rusiyanın Müdafiə naziri Bakıya işgüzar səfərə gələcək

Rusiyanın Müdafiə naziri Bakıya işgüzar səfərə gələcək

23 Avqust 2020
Baxış: 1311

Rusiyanın Müdafiə naziri Bakıya işgüzar səfərə gələcək.

AJM-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu avqustun 25-də Bakıya işgüzar səfərə gələcək.

***

saat 13.10

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfər edəcək.

Rusiyadakı hərbi mənbələrdən AJM-nın Moskva müxbirinə verilən məlumata görə, Rusiya Müdafiə naziri Azərbaycanda keçiriləcək Dəniz kuboku ordu oyunlarının açılış mərasimində iştirak edəcək.

Rusiya Müdafiə nazirinin Azərbaycana səfərinin avqustun 24-də baş tutacağı gözlənilir.

Teqlər: Rusiya