14 May 2024
Rusiyalılar son ayda iki dəfə İrana səfər ediblər - Döyüş dronlarana baxmaq üçün

Rusiyalılar son ayda iki dəfə İrana səfər ediblər - Döyüş dronlarana baxmaq üçün

17 İyul 2022
Baxış: 377

İran Rusiyaya Shahed-191 və Shahed-129 PUA verməyə hazırlaşır. Rusiya nümayəndə heyəti son ayda ən azı iki dəfə döyüş dronlarına baxmaq üçün İrana gəlib.

AJMEDİA.İNFO xəbər veri ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan edib («CNN»).

İyulda aparılmış peyk çəkilişlərinə əsasən (onlar CNN-ə ötürülüb), rusiyalılar Kaşana aerodromuna (Tehranın cənubunda) səfər ediblər.

Amerikanın rəsmi şəxsləri telekanala xəbər veriblər ki, İran Rusiyaya Shahed-191 və Shahed-129 PUA verməyə hazırlaşır. Bu PUA-lar yüksək dəqiqlikli raketlər daşıya bilirlər.

«Bizim qiymətləndirməmizə görə, Rusiya nümayəndə heyətinə bu yaxnlarda PUA-nın nümayişini həyata keçiriblər. Bu onu göstərir ki, İranın PUA-larına Rusiyanın marağı qüvvədə qalır» - Sallivan izah edib.

Onun sözlərinə görə, iyun səfəri ilki olub ki, o zaman Rusiya nümayəndə heyəti bu nümayiş üçün həmin aerodroma səfər edib. Sonradan rusiyalılar yenidən aerodroma səfər ediblər - analoji nümayiş üçün iylun 5-də.AzPolitika.info