30 Aprel 2024
Rusiyalı aktyor Buça qətliamından sonra Ukraynanı DƏSTƏKLƏDİ

Rusiyalı aktyor Buça qətliamından sonra Ukraynanı DƏSTƏKLƏDİ

06 Aprel 2022
Baxış: 651

Rusiyalı aktyor və bodibilder Aleksandr Nevski müharibənin ikinci ayında Ukraynanı dəstəkləyib.

AJMEDİA.İNFO xəbər verir ki, o, bu mövqeyini Tvitter səhifəsində açıqlayıb.

Nevski bildirib ki, dinc əhalinin qətlində əli olanların hamısı buna cavab verməlidir:

“Mülki əhaliyə qarşı törədilən dəhşətli cinayətlərdə bütün günahkarlar cəzalandırılmalıdır. Müharibə dayandırılmalıdır. Qəhrəman Ukrayna xalqına dəstəyimi bildirirəm”.

Qeyd edək ki, Buçada baş verən dəhşətli qətliamların görüntüsünün yayılmasından sonra Ukraynanı müdafiə edən rusların sayı artır.