14 May 2024
Rusiya Zaporojyeni atəşə tutdu

Rusiya Zaporojyeni atəşə tutdu

02 İyun 2023
Baxış: 351

Rusiya ordusunun Ukraynanın Zaparojye vilayətini atəşə tutması nəticəsində iki ukraynalı ölüb, ikisi də yaralanıb.
AJMEDİA.İNFOxəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri Yuri Malaşko məlumat yayıb.
“Düşmən kənddə hündürmərtəbəli binaya hücum edib. 41, 84 və 87 yaşlı qadınlar, həmçinin 21 yaşlı kişi mina partlaması nəticəsində xəsarət alıblar. Yaralılar dərhal tibb müəssisəsinə aparılıb. Təəssüf ki, 44 və 77 yaşlı qadınlar aldığı xəsarətlərdən dünyasını dəyişiblər”, - o bildirib.