14 May 2024
“Rusiya yaxın vaxtlarda Laçın dəhlizinin də blokdan çıxarılacağını gözləyir”

“Rusiya yaxın vaxtlarda Laçın dəhlizinin də blokdan çıxarılacağını gözləyir”

13 Sentyabr 2023
Baxış: 669

“Rusiya yaxın vaxtlarda Ağdam marşrutu ilə paralel olaraq Laçın dəhlizinin də blokdan çıxarılacağını gözləyir”.
AJMEDİA.İNFO
Yeniavaz.com-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, sentyabrın 12-də Rusiya humanitar yardımının bir partiyası Qarabağa çatdırılıb, ehtiyacı olanlara 15 tona yaxın ərzaq, şəxsi gigiyena vasitələri və yataq dəstləri verilib:
“Biz gözləyirik ki, əvvəllər əldə olunmuş razılığı nəzərə alaraq, yaxın gələcəkdə Ağdam marşrutu ilə paralel olaraq Laçın dəhlizinin də bloku açılacaq və bundan sonra humanitar yardım hər iki istiqamətə müntəzəm olaraq maneəsiz şəkildə regiona gələcək”.