14 May 2024
Rusiya XİN başçısının müavini Ermənistan səfiri ilə Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib

Rusiya XİN başçısının müavini Ermənistan səfiri ilə Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib

15 İyul 2020
Baxış: 725

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyanla görüşüb.

AJM-nın Moskva müxbirinin Rusiya XİN-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rudenko Toqanyanla Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.

"Görüşdə ikitərəfli münasibətlərin aktual məsələləri və regional təhlükəsizlik, Ermənistan-Azərbaycan sərhədindəki hazırkı vəziyyət müzakirə olunub" - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.

Teqlər: Rusiya