14 May 2024
Rusiya Xankəndiyə görə Bakını hədəf almışdı, Moskvanı müdafiə ilə nəyə nail olursan?" - Partiya sədrindən deputata SƏRT SÖZLƏR

Rusiya Xankəndiyə görə Bakını hədəf almışdı, Moskvanı müdafiə ilə nəyə nail olursan?" - Partiya sədrindən deputata SƏRT SÖZLƏR

01 Noyabr 2021
Baxış: 618

“Qüdrət Həsənquliyev və bəzi siyasətçilər bir cəbhədirlər. Guya böyük siyasətçilərdir. Deyirlər, Rusiyanı qıcıqlandırmaq olmaz. Onlar niyə Türkiyənin əleyhinə çıxış edirlər?”

AJMEDİA.İNFO xəbər verir ki, bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib.

“Qüdrət Həsənquliyev prezident seçkiləri vaxtı dedi ki, seçiləcəyi təqdirdə Türkiyədəki investisiyaları Rusiyaya yatıracaq. İndi də deyir ki, Türkiyənin etdiklərini çox da şişirtməməliyik. Əvvəllər də deyirdi ki, Qarabağın açarı Rusiyanın əlindədir, Rusiya nə deyirsə, edək, Qarabağ azad olunsun. Bizim qələbəmizdə Rusiyanın rolu yoxdur. Əksinə, Rusiyanın qələbəmizin tam başa çatmamasında rolu var. Müharibəni Xankəndinin astasında ona görə dayandırdıq ki, Rusiya Bakını hədəfə almışdı. Rusiya açıq şəkildə Azərbaycana qarşı müharibəyə qoşulmaq istəyirdi. Bizə düşmən olan dövləti xeyirxah kimi təqdim etməklə nəyə nail olmaq istəyirsən?” – S.Cəlaloğlu qeyd edib.