15 May 2024
Rusiya Ukraynaya endirilən raket zərbələrinin görüntülərini YAYDI - VİDEO

Rusiya Ukraynaya endirilən raket zərbələrinin görüntülərini YAYDI - VİDEO

10 Oktyabr 2022
Baxış: 435

Rusiya Müdafiə Nazirliyi bu gün səhər Ukraynaya endirdiyi raket zərbələrinin buraxılış anının görüntülərini yayıb.

AJMEDİA.İNFO xəbər verir ki, Rusiya MN rəsmi nümayəndəsi İqor Konaşenkovun brifinqi zaman video nümayiş olunub. Videoda dənizdə yerləşən hərbi gəmidən uzaq mənzilli qanadlı yüksək dəqiqlikli raketlərin buraxıldığı nümayiş olunub. Görüntüləri Konaşenkovun Ukraynanın hərbi komandanlıq və idarəetmə obyektlərinə, rabitə və enerji sistemlərinə uzaqmənzilli dəqiqlikli silahlarla kütləvi zərbə endirib - zərbənin məqsədinə nail olunub, bütün təyin olunmuş obyektlər vurulub” sözləri müşaiyət edib.

(APA)