10 May 2024
Rusiya-Ukrayna nümayəndələrinin İstanbul görüşündən sonra Putinlə Zelenski GÖRÜŞƏCƏK? - RƏSMİ AÇIQLAMA

Rusiya-Ukrayna nümayəndələrinin İstanbul görüşündən sonra Putinlə Zelenski GÖRÜŞƏCƏK? - RƏSMİ AÇIQLAMA

29 Mart 2022
Baxış: 622

Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündən sonra Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş olmayacaq.

AJMEDİA.İNFO “RİA Novosti”yə istinadən xəbər verir ki, belə bir bəyanatla Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

Peskov Putin və Zelenski arasında mümkün görüş mövzusunda hər hansı irəliləyiş olub-olmaması və “nümayəndə heyətlərinin İstanbuldakı danışıqlarından sonra belə bir görüş gözlənilirmi” sualına belə cavab verib: “Xeyr, heç bir irəliləyiş yoxdur. Belə bir görüş olmayacaq”.