10 May 2024
Rusiya Türkiyə PUA-larından qorxur: Moskva çətin vəziyyətə düşüb

Rusiya Türkiyə PUA-larından qorxur: Moskva çətin vəziyyətə düşüb

29 Noyabr 2021
Baxış: 593

“Ukraynanın türk pilotsuz təyyarələrindən istifadə etməsi oyun qaydalarını tamamilə dəyişə bilər”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu amerikalı siyasət nəzəriyyəçisi Frensis Fukuyama deyib.

Siyasətçi Ukrayna ordusunun türk dronlarını arsenalına daxil etməsinin Rusiyanı ciddi şəkildə narahat etdiyini bildirib:

“Ukraynanın türk pilotsuz təyyarələrindən istifadə etməsi oyun qaydalarını tamamilə dəyişə bilər, ona görə də Moskva bu məsələ ilə çox məşğul görünür”, - Fukuyama qeyd edib.

Ukrayna və Rusiya arasında Donbas və Krımda ciddi gərginlik yaşanır. Kiyev Moskvanın separatçı qüvvələrə dəstək verərək irəliləməsinin qarşısını almaq üçün Türkiyədən “Bayraktar TB2” dronları alıb.

Ukrayna ötən həftələrdə Donbassda ilk dəfə bu PUA-lardan istifadə etməklə Rusiyaya mesaj verib.

Kreml tərəfi buna öz ertirazını bildirib.

Türkiyə isə silah satışını pisləyən Moskvaya cavab olaraq “Bizi Ukraynaya silah satmaqda ittiham etmək olmaz” mesajını verib. (Teleqraf.com)