14 May 2024
Rusiya tərəfindən Ukraynada öldürülən uşaqların portretləri Rusiyanın Təl-Əvivdəki səfirliyinə gətirilib FOTOLAR

Rusiya tərəfindən Ukraynada öldürülən uşaqların portretləri Rusiyanın Təl-Əvivdəki səfirliyinə gətirilib FOTOLAR

03 İyun 2023
Baxış: 423

İsraildə Rusiya səfirliyinin qarşısına qırmızı rəngə boyanmış uşaq oyuncaqları, eləcədə Rusiya bayrağı gətizdirilib.

AJMEDİA.İNFO xəbər verir ki, iyunun 1-də, Uşaqların Müdafiəsi Günündə rus təcavüzkarları yenidən Ukraynanın paytaxtına hücum ediblər. Kiyevin Desnyanski rayonunda ikisi uşaq olmaqla üç nəfər ölüb.

Bununla əlaqədar olaraq İsrail fəalları Rusiya Federasiyasının Təl-Əvivdəki səfirliyi * yaxınlığında aksiya keçiriblər.

“Uşaqların Müdafiəsi Günündə Rusiya Kiyevdə daha iki uşağı öldürdü. Bu gün Rusiyanın Təl-Əvivdəki səfirliyinin qarşısında belə bir abidə peyda olub: orada Rusiya tərəfindən öldürülən uşaqların portretləri, oyuncaqlar, şamlar var – hər şey qırmızıdır. Onlar öz əllərinin işini görə bilsinlər: pəncərələrdən aydın görünür”, – fəal Natalya Kinza Kotryarevskaya öz facebook səhifəsində qeyd edib.