13 May 2024
Rusiya sülhməramlıları Qarabağ bölgəsinə həyat gətirib - Sergey Şoyqu

Rusiya sülhməramlıları Qarabağ bölgəsinə həyat gətirib - Sergey Şoyqu

28 Dekabr 2021
Baxış: 685

Rusiya hərbçiləri Qarabağdakı çətin vəziyyəti sakitləşdirib və planlı sülhməramlı işlərə başlayıblar.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

“Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti döyüşən tərəfləri ayırmaq üçün mürəkkəb tapşırıqları yerinə yetirib və hazırda regionda planlaşdırılan profil tapşırıqlarını həll edir. Sülhməramlı qüvvələrimizi təqdim etməklə biz vəziyyəti sakitləşdirməyə nail olduq və planlı işlərin görülməsi üçün növbəti addımlar atılır. Bu bölgəyə həyat tədricən qayıdır. Orada daha çox sülh və əmin-amanlıq hökm sürür”.(modern.az)