30 Aprel 2024
Rusiya qəzeti İran Prezidentinin karikaturasını dərc etdi - FOTO

Rusiya qəzeti İran Prezidentinin karikaturasını dərc etdi - FOTO

03 Fevral 2022
Baxış: 732

Rusiyada İran Prezidentinin karikaturası paylaşılıb.

AJMEDİA.İNFO xəbər verir ki, Rusiya Kommunist Partiyasının orqanı olan “Pravda” qəzeti İbrahim Rəisinin karikaturasını dərc edib.

Bir müddət öncə Rusiyaya rəsmi səfər etmiş İran Prezidentini Rusiya Federasiyasının Prezidenti qəbul edib və bu görüş İran mediasında müzakirələrə səbəb olmuşdu.

Belə ki, görüş zamanı Prezident V.Putin Rəisini uzaqdan salamlamış, onunla əl sıxmaq belə istəməmişdi. Başqa bir narazılıq da İran bayrağının heç bir qəbulda olmaması ilə bağlı olmuşdu.

İndi də Rusiyanın nüfuzlu nəşri İran Prezidentinin karikaturasını paylaşmaqla iranlı sosial şəbəkə istifadəçiləri arasında çaxnaşma yaradıb. Onlar öz ölkələrinin ələ salındığını vurğulayaraq bunun günahını elə hökumətin özündə görüblər.

(Konkret.az)