12 May 2024
Rusiya hərbçiləri Buçada qətliamı belə törədibmiş - ANBAAN VİDEO

Rusiya hərbçiləri Buçada qətliamı belə törədibmiş - ANBAAN VİDEO

07 Aprel 2022
Baxış: 546

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Buça şəhərində törətdiyi qətliama dəlalət edən daha bir videogörüntü yayılıb.

AJMEDİA.İNFO bildirir ki, kadrlarda Vokzalnaya küçəsi ilə gedərək Yablonskaya küçəsinə dönən adam görünür. O, dönən kimi rusiyalı əsgərlər onu güllələyirlər.

Xatırladaq ki, martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər - mülki əhalinin öldürülməsi, işgəncələr, zorlamalar və talan faktları aşkarlanıb.

Azad edilmiş Buçada jurnalistlərin çəkdiyi və mülki şəxslərin meyitlərinin əks olunduğu fotolar bütün dünyaya yayılıb.

Hadisə Rusiya, Ukrayna və müxtəlif ölkələrdə fəallar, siyasətçilər və mədəniyyət xadimləri tərəfindən pislənilib.