15 May 2024
Rus planı işə düşür: Əsədsiz Suriya hökuməti... - TƏFƏRRÜAT

Rus planı işə düşür: Əsədsiz Suriya hökuməti... - TƏFƏRRÜAT

30 İyun 2021
Baxış: 568

“Rusiya Bəşər Əsədsiz Suriya üçün yeni plan hazırlayıb”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Əsəd rejimi adına işləyən keçmiş diplomat Saqir əl Mülhim iddia edib.

Qeyd edilib ki, Rusiyanın tələblərini qarşılamaqda çətinlik çəkən və üzünü İrana çevirən Bəşər Əsəd Vladimir Putin ilə anlaşa bilməsə “rus plan”ı işə düşəcək:

“Bəşər Əsədin hiylə etdiyi və xalqı təhdid etməklə udduğu seçkilərdə uğurlu olub-olmaması əhəmiyyətli deyil. Qərb və beynəlxalq qurumlar seçkiləri və Əsədi istəmir. Rusların razılığı ilə edilən bu seçkilər Qərbdə Əsədin sonunu hazırladı”.

Diplomat Suriyada olan dövlətlərin razılaşma əldə etdiyini, İrana bağlı qüvvələrin təmizlənəcəyi və Suriyada yeni hökumətin qurulacağının yaxın zamanlarda elan olunacağını da iddia edib.

Bəşər Əsədin siyasi mühacir kimi İngiltərə vətəndaşlığına sahib qadınla evli olması səbəbindən İngiltərədən siyasi sığınacaq istəyəcəyinin mümkün olduğunu, amma İngiltərənin suriyalılara etdikləri cinayətlər səbəbindən Əsədi ədalət mühakiməsindən qoruyamayacağını diqqətə çatdıran Saqir əl Mülhim ehtimal edir ki, Əsəd İran, Kuba və ya Venesueladan sığınacaq istəyə bilər.

Keçmiş diplomat əlavə edib ki, problemin həllinin ilkin mərhələsində hərbi şura ilə yanaşı siyasi şura formalaşdırılacaq, bura müxalifət nümayəndələri daxil ediləcək və onun bazasında yeni hökumət qurulacaq.(teleqraf)