10 May 2024
Rus ordusu bu şəhərdə DARMADAĞIN EDİLDİ - FOTO

Rus ordusu bu şəhərdə DARMADAĞIN EDİLDİ - FOTO

27 Fevral 2022
Baxış: 813

Bu gün səhər saatlarında Xarkova soxulan Rusiya işğalçı qüvvələri cəmi bir neçə saat ərzində Ukrayna Silahlı Qüvvələrinin və ərazi özünümüdafiə dəstələrinin qüvvələri tərəfindən darmadağın edilib. “Tiqr” yüngül zirehli transportyorlarının və digər texnikanın dəstəyi ilə şəhərə daxil olan elit Rusiya bölmələri ilə küçə döyüşlərinə girən ukraynalı döyüşçülər onları böyük itkilərə məruz qoyublar və tamamilə geri oturdublar.

AJMEDİA.İNFO xəbər verir ki, bu haqda hazırda Xarkovda olan jurnalist, haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev bildirir.

“Hazırda şəhərin küçələrində Rusiya ordusunun məhv edilmiş xeyli hərbi texnikası var, onlar pərən-pərən salındılar və geri qaçmalı oldular. Ukrayna ordusu çox şücaətlə döyüşür, yeni nəsil müharibə taktikası tətbiq edir”, - E.Fətullayev bildirib.

Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequb da özünün Telegram-kanalında şəhərin işğalçılardan tamamilə təmizləndiyini, hazırda təmizləmə getdiyini yazıb. Onun sözlərinə görə, şəhəri işğalçılardan Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya və ərazi özünü müdafiə dəstələri təmizləyir.

“Düşmən tamamilə demoralizə edilib. Bilavasitə Xarkovda, yolun ortasında öz hərbi texnikalarını atıb qaçıblar, Ukrayna qoşunlarına 5-10 nəfərlik qruplar halında təlim olublar. Hətta bir Ukrayna döyüşçüsü görəndə belə təslim olurlar”, - vilayət rəhbəri bildirib.

Sinequb bildirib ki, hazırda düşmən Lipetsk, Volçansk və Belqorod istiqamətlərində hücuma cəhd edir. “Rusiya texnikasının ayrı-ayrı kalonlar şəklində hərəkətini qeydə alırıq. Ukrayna Silahlı Qüvvələri öz mövqelərindədir və fəal mübarizə aparırlar”, - o deyib. //virtualaz.org