14 May 2024
Rus oliqarxlarının yaxtaları müsadirə olunub

Rus oliqarxlarının yaxtaları müsadirə olunub

05 Mart 2022
Baxış: 391

İtaliya polisi rusiyalı oliqarx, Rusiyanın ən zəngin adamı Aleksey Mordaşova məxsus yaxtanı müsadirə edib.

virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, Mordaşov Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə görə bu həftə Avropa İttifaqının qara siyahısına daxil edilmişdi.

Mənbə agentliyə deyib ki, oliqarxın 65 metr uzunluğundakı “Ledi M” adlı yaxtası İtaliyanın şimalındakı İmperiya limanında müsadirə olunub. Mənbənin bildirdiyinə görə, digər rusiyalı oliqarx-milyarder Gennadi Timçenkoya məxsus yaxta da İmperiya limanında bloklanıb və tezliklə həbs olunacaq. Hər iki oliqarx Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafına daxildir.

“Lady M” yaxtası 2013-cü ildə Amerikada istehsal olunub və dəyəri hazırda 27 milyon dollar qiymətləndirilir.

Mordaşov öz sərvətini “Severstal” polad istehsalçısı şirkəti ilə qazanıb. Onun sərvəti 30 milyard dollara yaxındır. Timçenko isə Rusiya neftinin ticarəti ilə məşğul olaraq varlanıb.

Bundan əvvəl özbək əsilli rusiyalı oliqarx-milyarder Alişır Usmanovun “Dilbər” adlı 600 milyon dollarlıq yaxtası Almaniyanın Hamburq limanında müsadirə olunmuşdu. Onun ardınca isə Fransada “Rosneft” prezidenti, oliqarx İqor Seçinin yaxtası müsadirə edilmişdi.