12 May 2024
Rus nəşrindən ŞOK: Azərbaycan Ordusunun texnikalarındakı A hərfi…

Rus nəşrindən ŞOK: Azərbaycan Ordusunun texnikalarındakı A hərfi…

13 Sentyabr 2023
Baxış: 856

Rusiya ilə Ermənistan arasında ağır böhran yaranıb.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Rusiyanın “Kommersant” nəşri yazıb.

Nəşr bildirib ki, hazırda tərəflər bir-birinin ünvanına ittihamlar səsləndirirlər. “Ermənistanın baş naziri Nikol Paşinyan İtaliya nəşrinə müsahibəsində deyir ki, Moskva ilə strateji ittifaq kursu səhv olub. Onun arvadı Kiyevə gedir, Volodimir Zelenski ilə görüşür.

İrəvan münaqişənin başlanmasından bu yana ilk dəfə Kiyevə humanitar yardım edir. Nəhayət, Ermənistan ABŞ-la birlikdə təlimlər keçirir, KTMT-dən isə yerinə başqasını təyin etmədən öz nümayəndəsini geri çağırır”, – nəşr qeyd edib.

Qəzet həmçinin regionda yeni hərbi əməliyyatların başlanması ehtimalının böyük olduğunu vurğulayıb. Azərbaycan Ordusunun hərbi texnikalarının üzərində əks olunmuş simvoldan (A hərfi) bəhs edib. Yazının müəllifi iddia edir ki, Nikol Paşinyan sülhü gecikdirdiyi üçün Azərbaycan bütün mübahisəli məsələləri həll edə, o cümlədən Naxçıvana Ermənistan ərazisindən dəhliz açıla bilər.

“Bakı üçün vəziyyət heç vaxt olmadığı qədər əlverişlidir. Birincisi, 44 günlük müharibə qüvvələr balansının Azərbaycanın tərəfində olduğunu göstərdi. İkincisi, Azərbaycan Türkiyənin dəstəyindən istifadə edir. Üçüncüsü, ermənilərin bu cür müttəfiqi yoxdur. Rusiya hətta köməyə gəlmək istəsə belə, Ukraynaya başı qarışıb, ikinci cəbhənin açılmasına icazə verə bilməz.

Qərb isə hərbi planda vəziyyətə təsir göstərmək iqtidarında deyil, iqtisadi baxımdan isə Azərbaycanın neft-qazından asılıdır. Buna görə də ABŞ və Aİ-nin Azərbaycana sanksiyalar tətbiq etməsini təsəvvürə gətirmək çətindir.

Dalana dirənən Nikol Paşinyan, görünür, artıq həmvətənlərinə gələcək məğlubiyyət və güzəştləri necə izah edə biləcəyi barədə düşünür. Yəqin ki, onun müdafiə xətti belə olacaq: hər şeydə günahkar Moskvadır, o, üç il əvvəlki kimi müttəfiqini taleyin ümidinə buraxıb”, – deyə qeyd olunub.

“Kommersant” yazır ki, Paşinyan özü və xalqı üçün dəhşətli hesab olunacaq 2020-ci il müharibəsindən əvvəl etdiyi səhvləri təkrarlayır:

“Əsas düşmənin Azərbaycanı təhrik etmək və nəzəri cəhətdən yeganə müdafiəçin ola biləcək Kremli nümayişkaranə şəkildə hədələmək yolverilməzdir”.(Globalinfo.az)