14 May 2024
“Respublikanski”də xəstə özünü PƏNCƏRƏDƏN ATDI

“Respublikanski”də xəstə özünü PƏNCƏRƏDƏN ATDI

08 Fevral 2023
Baxış: 485

Bakıda xəstəxanada intihar hadisəsi baş verib.

AJMEDİA.İNFO “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yasamal rayonu, M.Həsənov küçəsində yerləşən Respublika Klinik Xəstəxanasında müalicə alan Şabran rayon sakini, 1962-ci il təvəllüdlü C.Əzizov özünü pəncərədən atıb.

O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.