07 May 2024
Respublika stadionunda faciəvi şəkildə ÖLDÜ - FOTO

Respublika stadionunda faciəvi şəkildə ÖLDÜ - FOTO

13 Dekabr 2023
Baxış: 393

Xəbər verdiyimiz kimi, Tofiq Bəhramov adına Respublika Stadionunda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

AJMEDİA.İNFO “Qafqazinfo”ya istinadən xəbər verir ki, tavanın çökməsindən sonra arenanın təmirinə cavabdeh olan podratçı ərazidə bərpa işləri aparmaq istəyərkən fəhlələrindən biri yıxılaraq ağır yaralanıb. Xəstəxanaya çatdırılan 1968-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Sulduz Şükürov orada vəfat edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisə yerindən fotoları təqdim edirik: