04 İyul 2024
Rəsmi Seul Koreya yarımadasında sülh üçün Rusiyanın fəal dəstəyinə ümid edir

Rəsmi Seul Koreya yarımadasında sülh üçün Rusiyanın fəal dəstəyinə ümid edir

29 Mart 2021
Baxış: 1262

Rəsmi Seul Koreya yarımadasının nüvə silahsızlaşdırılmasına nail olmaq üçün Rusiyanın fəal dəstəyini və əməkdaşlığını istəyir.

AJM Yonhap agentliyinə istinadla xəbər verir ki, Cənubi Koreyanın müdafiə nazirinin müavini Park Ce-min rusiyalı həmkarı Aleksandr Fominlə martın 29-da Seulda keçirdiyi görüşdə belə bir çağırış edib. O, Koreya Xalq Demokratik Respublikasının (KXDR) bir neçə gün əvvəl 2 ballistik raket sınağı keçirməsindən narahatlığını ifadə edərək, həmin raket buraxılışlarını BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin pozulması kimi qiymətləndirib.

Cənubi Koreya Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, Rusiya rəsmisi görüşdə ölkəsinin Koreya yarımadasında sülh prosesini dəstəklədiyini, yarımadada sülhün təminatı üçün rəsmi Moskvanın diplomatik səylərini davam etdirəcəyini bildirib.

Tərəflər müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, mütəmadi məsləhətləşmələrin və mübadilələrin artırılmasına dair razılaşma imzalayıblar.