13 May 2024
"Real Madrid"in baş məşqçisi həbs oluna bilər - SƏBƏB

"Real Madrid"in baş məşqçisi həbs oluna bilər - SƏBƏB

06 Mart 2024
Baxış: 241

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti üçün 4 il 9 ay həbs cəzası tələb edilib.

AJMEDİA.İNFO bildirir ki, buna səbəb baş məşqçinin 2014-2015-ci illərdə vergi orqanlarından 1 milyon avro gizlətməsi olub.

Xatırladaq ki, italiyalı mütəxəssis peşəkar məşqçilik karyerasında ilk dəfə 2013-cü ilin yayından “Real Madrid”i çalışdırıb, 2015-ci ilin mayında isə klubdan ayrılıb. Bu müddət ərzində Ançelotti "Los Blancos"a Kral Kuboku, Çempionlar Liqası, UEFA Super Kuboku və FIFA Klublararası Dünya Kubokunu qazanmağa kömək edib.

1 iyun 2021-ci ildə Ançelotti Madridə qayıdıb və "Real"ı İspaniya çempionatında qələbəyə aparıb.

Qeyd edək ki, bu mövsüm La Liqanın 27 turundan sonra "Los Blankos" 66 xalla turnir cədvəlinə başçılıq edir.(Sfera.az)