07 May 2024
Ramiz Mehdiyevin DGK-da çalışan general qohumu VƏZİFƏDƏN AZAD EDİLDİ - FOTO

Ramiz Mehdiyevin DGK-da çalışan general qohumu VƏZİFƏDƏN AZAD EDİLDİ - FOTO

17 Yanvar 2023
Baxış: 331

Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Telman Hüseynqulu oğlu Mehdiyevun tutduğu vəzifədən azad olunduğu barədə xəbər yayılıb.

AJMEDİA.İNFO Modern.az-a istinadən xəbər verir ki, məlumatda Telman Mehdiyevin yaş həddi ilə əlaqədar öz ərizəsisinə əsasən təqaüdə göndərildiyi bildirilir.

Telman Mehdiyevin Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti Ramiz Mehdiyevin yaxın qohumu olduğu söylənilir.


O, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi postuna 2022-ci ilin yanvarında təyinat almışdı.