ABŞ Çin şirkətlərinə sanksiya tətbiq etdi
7 saat əvvəlRamin Bayramlı istefa verdi - RƏSMİ + FOTO
12 Sentyabr 2021
Baxış: 653
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı tutduğu vəzifədən azad edilməsi üçün ərizə yazıb.
AJMEDİA.İNFO xəbər verir ki,O bu barədə "Twitter" səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
"Hörmətli dostlar!
Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm.
Bundan sonra da Vətənimə və xalqıma xidmətimi davam etdirəcəyəm” - o, tvitində bildirib.
Hörmətli dostlar! pic.twitter.com/rxsnppr1co
— Ramin Bayramlı (@RaminBayramli) September 12, 2021