14 May 2024
Ramil Səfərovun qardaşına VƏZİFƏ VERİLDİ

Ramil Səfərovun qardaşına VƏZİFƏ VERİLDİ

06 Oktyabr 2023
Baxış: 599

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə polkovnik İlqar Sahib oğlu Səfərov Bakı Regional Mərkəzi rəisinin birinci müavini təyin edilib.

AJMEDİA.İNFO Qaynarinfo-ya istinadən xəbər verir ki, vəzifəyə təyin edilən polkovnik İlqar Səfərov polkovnik-leytenant Ramil Səfərovun qardaşıdır

İlqar Səfərovun atası Sahib Səfərov Qaynarinfo-ya açıqlamasında oğlunun yeni təyinatını təsdiqləyib.

Qeyd edək ki, İlqar Səfərov 29.10.1975-ci ildə Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Ailəlidir, 3 övladı var.