14 May 2024
Rafael Ağayevə Dövlət Gömrük Komitəsində VƏZİFƏ və RÜTBƏ VERİLDİ

Rafael Ağayevə Dövlət Gömrük Komitəsində VƏZİFƏ və RÜTBƏ VERİLDİ

10 Fevral 2022
Baxış: 555

Karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevə yeni rütbə və vəzifə verilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə idmançının İnstaqram hesabında paylaşım edilib.

R.Ağayev Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib və ona mayor rütbəsi verilib.

Qeyd edək ki, o, bu günə qədər “Azerterminalkompleks” Birliyinin Gömrük Fəaliyyətinin Həyata Keçirilməsinə Yardım Xidmətində inspektor vəzifəsində çalışırdı.