14 May 2024
Qızılcaya yoluxmalara görə Azərbaycanda distant təhsilə keçilir? - Nazir AÇIQLADI

Qızılcaya yoluxmalara görə Azərbaycanda distant təhsilə keçilir? - Nazir AÇIQLADI

29 Fevral 2024
Baxış: 290

"Son aylar ərzində təhsil müəssisələrində yoluxmaları izləyirik".

AJMEDİA.İNFO Sfera.az-a istinadən xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

"Ümumtəhsil müəssisələrinin fəaliyyətinin dayandırılması və ya distant təhsilə keçirilməsi məqsədəuyğun deyil. Peyvəndləmənin sayı dəyişmirsə, məktəbləri bağlayıb sonra açmağın mənası yoxdur. Hazırda müşahidə etdiyimiz vəziyyət hardasa 7-10 il əvvəlki davranışların nəticəsidir. Uşaqlar vaxtında peyvənd olunmadığı üçün indi belə fəsadlar ortaya çıxır".