14 May 2024
Qəzzadan köçürülənlərin sayı 1,8 milyona çatıb

Qəzzadan köçürülənlərin sayı 1,8 milyona çatıb

30 Noyabr 2023
Baxış: 322

Qəzza zolağında köçürülən insanların sayı 1,8 milyon nəfərə çatıb. Bu, anklav sakinlərinin təxminən 80%-ni təşkil edir.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin məlumatında verilir.

“Təxmin edilir ki, Qəzzada 1,8 milyona qədər insan və ya əhalinin demək olar ki, 80%-i məcburi köçkündür”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, məcburi köçkünlərin dəqiq hesablanması çətindir:

“Çünki köçkünlərin bir hissəsi onları qəbul edən ailələr ilə yaşayır, digər hissəsi isə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin sığınacaqlarında rəsmi qeydiyyatda qalmaqla atəşkəs zamanı öz evlərinə qayıdıb, davam edir”.

Mənbə: TASS