14 May 2024
Qəzzada döyüşlər nə vaxta kimi davam edəcək? - RƏSMİ CAVAB

Qəzzada döyüşlər nə vaxta kimi davam edəcək? - RƏSMİ CAVAB

10 Dekabr 2023
Baxış: 336

Qəzza zolağında HƏMAS radikallarına qarşı intensiv döyüşlər ən azı daha iki ay davam edəcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət radiosu siyasi sistemdəki mənbəyə istinadən məlumat yayıb.

O qeyd edib ki, iki aylıq gərgin döyüşlərdən sonra Qəzzada atəşkəs gözlənilmir və zolaqda yerli əməliyyatlar Qəzzanın daxilində qalacaq ordu birləşmələri tərəfindən həyata keçiriləcək. “Kan”ın həmsöhbətinin sözlərinə görə, İsrail oktyabrın 7-də radikallar tərəfindən oğurlanmış və sektorda saxlanılan girovların azad edilməsi üçün bu iki ay ərzində əlavə danışıqlar aparmağa çalışmağa davam edəcək.

Radiostansiya diqqətə çatdırıb ki, qarşıdakı iki ay ərzində İsrail bəzi Qəzza sakinlərinə evlərinə qayıtmağa icazə verəcək, çünki “bu, ABŞ-nin tələbidir” və eyni zamanda “əməliyyat zərurətinə” uyğun gəlir.