14 May 2024
Qəbul edilmiş bəyanat Prezident İlham Əliyevin qətiyyətinin,  müdrik siyasətinin və uzaqgörənliyinin nəticəsidir

Qəbul edilmiş bəyanat Prezident İlham Əliyevin qətiyyətinin, müdrik siyasətinin və uzaqgörənliyinin nəticəsidir

30 Noyabr 2021
Baxış: 483

Bildiyimiz kimi 26 noyabr tarixində Rusiya Federasiyasının Soci şəhərində Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti üçtərəfli görüş keçirilib. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev 10 noyabr 2020-ci il və 11 yanvar 2021–ci ildə imzalanmış bəyanatların icrasından danışmışdır. Dövlət başçısı bildirmişdir ki, 1 il ərzində Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirib. Bundan başqa demək olar ki, imzalanmış üçtərəfli Bəyanatın bütün bəndləri yerinə yetirilib. Azərbaycan Prezidenti İlham Əliyev eyni zamanda Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyasının, Zəngəzur dəhlizinin açılması məsələlərinin vacibliyini də vurğulamışdır.

Soçi görüşündə Azərbaycan Prezidenti İlham Əliyev böyük diplomatik uğura imza atmışdır. Görüşdə Rusiya Prezidenti Vladimir Putinin çıxışında “nəqliyyat dəhlizlərini” xatırlatması Zəngəzur dəhlizi məsələsinin öz həllini tezliklə tapmasından xəbər verir. Eyni zamanda görüşdə mina xəritələrinin müzakirə olunması İlham Əliyevin növbəti diplomatik uğurudur.

26 noyabrda Soçi şəhərində imzalanmış Bəyanat Azərbaycan tərəfinin maraqlarını tamamilə əks etdirir. Belə ki, bu bəyanatda “Qarabağ” ifadəsinin işlənməməsi danışıqların yalnız Ermənistan – Azərbaycan münasibətləri ətrafında aparıldığına işarədir.

Eyni zamanda imzalanmış Bəyanatda Ermənistanın baş naziri Nikol Paşinyanın qaldırdığı “hərbi əsirlər” məsələsi öz əksini tapmayıb. Həmçinin Bəyanatda Nikol Paşinyanın istəyinə zidd olaraq ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi sülh danışıqların daha çox ikitərəfli formatına yönəldir.

Məhz bu məsələlərə görə də 26 noyabr 2021–ci il tarixində Soçi şəhərində imzalanmış Bəyanat Azərbaycan diplomatiyasının qarşıya qoyduğu məqsədlərinə tam uyğundur. Bir sözlə, Soçi görüşü Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi kimi yadda qalsa da, həm də geosiyasi üstünlük qazanması ilə də tarixə keçdi. Heç şübhəsiz ki, Soçi görüşü və qəbul edilmiş bəyanat Prezident İlham Əliyevin qətiyyətinin, müdrik siyasətinin, xalqa və Vətənə olan sevgisinin, uzaqgörənliyinin nəticəsidir.

Lətifə Qədirova,

Salyan şəhər 4 saylı tam orta məktəbin müəllimi