14 May 2024
Qazaxıstanda iğtişaşlar nəticəsində dəyən ziyan qiymətləndirildi

Qazaxıstanda iğtişaşlar nəticəsində dəyən ziyan qiymətləndirildi

07 Yanvar 2022
Baxış: 513

Qazaxıstanda cümə günü axşam saatlarından başlayan iğtişaşlar nəticəsində dəymiş ziyanın məbləği təxminən 200 milyon dollara çatıb.

AJMEDİA.İNFO xəbər verir ki, Bu barədə yerli mətbuat ölkənin “Atameken” Milli Sahibkarlar Palatasına istinadən xəbər verib.

“Yanvarın 7-də saat 21:00-a (Bakı vaxtı ilə 19:00) Qazaxıstan Respublikasının on regionunda 848 sahibkarlıq subyekti və 1021 obyekt, o cümlədən Almatıda 789 biznes subyekti və 950 obyekt zərər çəkmib”, - deyə Palatanın məlumatında bildirilib.

“Atameken”in məlumatına görə, zərərin ümumi məbləği təxminən 87,2 milyard tenge (təxminən 200 milyon dollar) təşkil edir ki, bunun da 85,8 milyardı Almatının payına düşür.