14 May 2024
Qazaxıstanda general İNTİHAR ETDİ - Xalqa atəş açmaqdan İMTİNA ETMİŞDİ

Qazaxıstanda general İNTİHAR ETDİ - Xalqa atəş açmaqdan İMTİNA ETMİŞDİ

10 Yanvar 2022
Baxış: 455

Qazaxıstanın Cambul vilayətinin Polis Departamentinin rəisi general Janat Süleymanov intihar edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumatı “BaigeNews.kz” yayıb.

Bölgənin Polis Departamentinin Mətbuat xidməti sözügedən xəbəri təsdiq edib.

Hazırda hadisənin detalları araşdırılır.

“Kozachkov offside” teleqram kanalının məlumatına görə, Qazaxıstanın Taraz şəhərində iğtişaşlardan sonra Janat Süleymanov barəsində cinayət işi başlanılıb. 60 yaşlı general 5 gün əvvəl bölgənin komendantı təyin edilmişdi. Süleymanov 2020-ci ilin fevralından etibarən Cambul vilayətinin Polis departamentinin rəisi vəzifəsini icra edib.

Qeyd edək ki, Qazaxıstanda yanvarın 2-dən başlayan etiraz aksiyaları daha sonradan bütün ölkə ərazisində iğtişaşlara çevrilib. Bu hadisələr çərçivəsində bir neçə vəzifəli şəxs istefaya göndərilib.