15 May 2024
Qazaxıstanda erməniləri vahiməyə salan görüntülər: Adından belə qorxuya düşdülər - FOTO

Qazaxıstanda erməniləri vahiməyə salan görüntülər: Adından belə qorxuya düşdülər - FOTO

05 Yanvar 2022
Baxış: 401

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində çəkilən bir sıra fotolar sosial şəbəkənin erməni seqmentində qorxuyla qarşılanıb.

AJMEDİA.İNFO xəbər verir ki, hazırda şəhərlə bağlı əsas gündəm etiraz aksiyaları olsa da, ermənilər bu məqamda özləri üçün daha dəhşətli hesab etdikləri faktlarla üzləşiblər.

Belə ki, erməniləri dəhşətə salan şəhərdə “Turan” adını daşıyan universitet, içməli su markası və prospektin olmasıdır. Müvafiq fotoları paylaşan ermənilər bunu özləri üçün təhlükə olaraq gördüklərini qeyd ediblər.

Turan ideyası (türk xalqlarının birləşməsi) ermənilərin hər zaman qorxulu yuxusu olub. Qazaxıstanda çəkilən fotolara ermənilərin reaksiyası isə onların hətta bu sözün varlığından belə dəhşətə düşdüklərini sübut edir.

(Oxu.az)