07 May 2024
"Qaşını, üzünü alan oğlancıqlara..." - Metroya balta ilə girən şəxsdən daha bir VİDEO

"Qaşını, üzünü alan oğlancıqlara..." - Metroya balta ilə girən şəxsdən daha bir VİDEO

05 İyul 2022
Baxış: 445

Bakı Metropolitenində balta ilə videosunu paylaşan şəxs yeni görüntülərini yayıb.

AJMEDİA.İNFO xəbər verir ki, insanları öldürməklə hədələyən şəxs barəsində xəbərlər yayıldıqdan sonra bir neçə dəqiqə əvvəl Tik-Tok sosial şəbəkəsində canlı yayım açıb. O, haqqında xoşagəlməz fikirlər bildirən şəxsləri qınayıb.

Vətəndaşları hədələyən həmin adam yeni paylaşdığı videoda deyib: “Mən metroya əlimdəki bu çəkicimlə düşmüşdüm. Qaşın-gözün-üzün alan oğlancıqlara dəstək verməyin, ay yazıqlar!”

O həmçinin bildirib ki, metroya balta ilə deyil, çəkiclə daxil olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hazırda görüntülərdəki şəxsin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır. Onun əslən Ucar rayonundan olduğu bildirilir.

Qeyd edək ki, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov saytımıza bildirib ki, video barədə xəbərdardırlar və müvafiq araşdırmalara başlanılıb.