14 May 2024
"Qarabağ"ın UEFA Konfrans Liqasında şansları açıqlandı

"Qarabağ"ın UEFA Konfrans Liqasında şansları açıqlandı

30 Noyabr 2021
Baxış: 831

"Euro Club Index" statistika saytı "Qarabağ"ın UEFA Konfrans Liqasında çempionluq şanslarını açıqlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, portal Ağdam klubunun sözügedən turnirin qalibi olacağına elə də inanmır. Təsadüfi deyil ki, "köhlən atlar"ın qızıl medal şansları 0,4 faiz qiymətləndirilib. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv bu göstərici ilə 30-cu sırada qərarlaşıb. "Qarabağ"la birlikdə H qrupunda yer alan İsveçrə "Bazel"i 2,9 faizlə 11-cidir.

Konfrans Liqasının favoriti isə İtaliya "Roma"sı hesab olunur. "Canavarlar" 15,6 faizlik göstərici ilə sıralamaya başçılıq edir. İkinci pilləni İngiltərə "Tottenhem"i (11 faiz), 3-cü yeri isə İtaliya "Napoli"si (8,3 faiz) tutur.

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasında 5 turdan sonra 11 xalla 2-ci sırada gedir.