14 May 2024
Qarabağ qazisi İNTİHAR ETDİ - Səbəbi MƏLUM OLDU + FOTO

Qarabağ qazisi İNTİHAR ETDİ - Səbəbi MƏLUM OLDU + FOTO

23 May 2022
Baxış: 898

Biləsuvarda intihar edən Əlisahib Məmmədov Vətən müharibəsi qazisi olub. Onun canına qəsd etməsinin təfərrüatı məlum olub.

AJMEDİA.İNFO xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, qazi ailə münaqişəsi zəminində intihar edib.

Belə ki, son günlər Ə.Məmmədovun ailə qurduğu xanımla aralarında problem yaşanıb. Bundan xəbər tutan qayınatası qızını və nəvəsini ondan ayıraraq, öz evinə aparıb.

Biləsuvarda məskunlaşan Ə.Məmmədov ailəsinin Beyləqana aparılmasına etiraz etsə də, qayınatası buna məhəl qoymayıb. Tərəflər arasında narazılıq yaranıb.

Məlum hadisədən bir gün sonra qazi Ə.Məmmədov özünü asaraq intihar edib. Onun rəsmi nikahının olmadığı bildirilir.