14 May 2024
"Qarabağ" 1/8 finalda kimlə qarşılaşacaq? - POTENSİAL RƏQİBLƏR

"Qarabağ" 1/8 finalda kimlə qarşılaşacaq? - POTENSİAL RƏQİBLƏR

23 Fevral 2024
Baxış: 332

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

AJMEDİA.İNFO xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində gerçəkləşəcək mərasimdə "Qarabağ"ın da rəqibi bəlli olacaq.

Qurban Qurbanovun başçılıq etdiyi kollektiv bu turnirdəki qrup birincilərindən biri ilə qarşılaşacaq.

Mümkün rəqiblər “Vest Hem”, “Brayton”, “Liverpul” (hamısı İngiltərə), “Reyncers” (Şotlandiya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Slaviya” (Çexiya) və “Bayer 04”dür (Almaniya).

Rəqibin kimliyindən asılı olmayaraq, “Qarabağ” ilk oyunu evdə keçirəcək.