14 May 2024
"Qalatasaray" Fatih Terimdən sonra daha 7 nəfərlə vidalaşdı

"Qalatasaray" Fatih Terimdən sonra daha 7 nəfərlə vidalaşdı

11 Yanvar 2022
Baxış: 413

Türkiyə "Qalatasaray"ı baş məşqçisi Fatih Terimlə yolları ayırdıqdan sonra daha 7 nəfərlə vidalaşıb.

AJMEDİA.İNFO klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 69 yaşlı mütəxəssisin köməkçiləri Necati Ateş və Selçuk İnanla əməkdaşlığa son qoyub.

Həmçinin inzibati direktor Şükrü Hanedar, idman koordinatoru Fatih İbradı, mətbuat katibi Eray Sözen, "Florya Metin Oktay" bazasının direktoru Fahri Yılmaz və onun müavini Ender Uysal vəzifələrindən azad ediliblər.

Teqlər: Türkiyə