14 May 2024
Qadın sürücü İcra Hakimiyyətinin komendantını VURDU

Qadın sürücü İcra Hakimiyyətinin komendantını VURDU

27 Dekabr 2021
Baxış: 570

Bakı-Quba yolunda piyadanı maşın vurub.

AJMEDİA.İNFO xəbər verir ki, APA-nın verdiyi məlumata görə, hadisə yolun 126-cı kilometrliyində qeydə alınıb.

Bakının Yasamal rayon sakini Məmmədova Leyla Vahid qızı idarə etdiyi “Jeep” markalı 10-GD-016 dövlət qeydiyyat nişanlı maşınla piyada - Şabran rayonu, Dəvəçi kənd sakini, 1977-ci il təvəllüdlü Səbuhi Bayramovu vurub.

Ağır bədən xəsarətləri alan piyada Şabranda ilkin tibbi yardım göstərildikdən sonra paytaxtda yerləşən tibb müəssisələrindən birinə köçürülüb.

Qeyd edək ki, S. Bayramov Şabran Rayon İcra Hakimiyyətinin komendantı vəzifəsində çalışır.

Faktla bağlı araşdırmalar davam etdirilir.