10 May 2024
Putinin sözçüsünün qızının dəbdəbəli həyatı TƏNQİD OLUNDU - FOTOLAR

Putinin sözçüsünün qızının dəbdəbəli həyatı TƏNQİD OLUNDU - FOTOLAR

20 Noyabr 2023
Baxış: 374

Rusiya ilə Ukrayna arasında müharibənin getdiyi bir vaxtda rus elitasının dəbdəbəli həyatı mübahisələr yaratmaqda davam edir.

AJMEDİA.İNFO xəbər verir ki, Kremlin mətbuat katibi, Prezident Vladimir Putinin ən yaxın adamlarından hesab edilən Dmitri Peskovun qızının sosial mediada paylaşdığı fotolarda onun davamlı olaraq dəvətlərə qatıldığı müşahidə edilir. Yelizaveta Peskovanın dəbdəbəli həyatı müzakirə mövzusu olub.25 yaşlı Peskova sakit və təvazökar həyat sürdüyünü desə də, şəxsi instaqram hesabında paylaşıdığı fotolar onun davamlı olaraq şəxsi təyyarələrlə səyahət etdiyi, şənliklərə qatıldığı əks olunur.

Yelizaveta Peskovanın dəbdəbəli tərzi müxalifət tərəfindən də tənqid olunub.