10 May 2024
Putinin sözçüsündən Qarabağla bağlı MÜHÜM AÇIQLAMA: "Azərbaycanın razılığı ilə..."

Putinin sözçüsündən Qarabağla bağlı MÜHÜM AÇIQLAMA: "Azərbaycanın razılığı ilə..."

26 Sentyabr 2023
Baxış: 453

"ABŞ-nin Qarabağdakı missiya təşəbbüsündə hələlik heç bir konkretlik yoxdur".


AJMEDİA.İNFO Sfera.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Vladimir Putinin sözçüsü Dmitri Peskov Amerika tərəfi ilə bu mövzuda təmasların olub-olmaması sualını cavablandırarkən deyib.

"Xeyr, biz hələlik burada heç bir konkretlik görmürük. Orada hər hansı missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər. Biz ilk növbədə bunu bilməliyik. Biz də öz növbəmizdə İrəvan və Bakı, eləcə də Qarabağın etnik erməniləri ilə əlaqələrimizi davam etdiririk”, - Peskov bildirib.

Yada salaq ki, bir müddət əvvəl ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller ABŞ-nin Qarabağ sakinlərinin hüquqlarına riayət olunmasına nəzarət edəcək beynəlxalq missiya yaratmaq niyyətində olduğunu bildirmişdi. O əlavə edib ki, belə bir təşəbbüs “aktiv müzakirə olunur” və ABŞ müttəfiqləri ilə bu təşəbbüs üzərində işləyir.