12 May 2024
"Putinin sonu çatıb, Qarabağdakı Rusiya sülhməramlıları..." - Aslan İsmayılovdan MARAQLI ŞƏRH

"Putinin sonu çatıb, Qarabağdakı Rusiya sülhməramlıları..." - Aslan İsmayılovdan MARAQLI ŞƏRH

05 Mart 2022
Baxış: 653

“Putin hakimiyyətinin sonu gəldi. Yaxın günlərdə Rusiyada böyük dəyişikliklər olacaq”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov öz Facebook səhifəsində yazıb.

O, yaxın günlərdə müharibənin Rusiyanın məğlumiyyəti ilə bitəcəyini və Rusiya hakimiyyətində dəyişikliklərin olacağını proqnozlaşdırıb.

“Putin hakimiyyətinin sonu gəldi. Yaxın günlərdə Rusiyada böyük dəyişikliklər olacaq. Ukraynadakı müharibə tez bir zamanda Rusiyanın biabırçı məğlubiyyəti ilə bitəcək. Hakimiyyət dəyişikliyinin vətəndaş müharibəsinə keçməsini heç arzulamıram.

Azərbaycan ərazisinə soxulmuş rus sülhməramlıları, o cümlədən Gürcüstanda, Moldovada, Ermənistanda yerləşən qoşunlar da öz evlərinə qayıdacaqlar. Nəhayət ki, keçmiş SSRİ-dən sonra yaranmış dövlətlər müstəqil hakimiyyətlərini qura biləcəklər”, – deyə Aslan İsmayılov yazıb.