09 May 2024
Putinin sitatı, Kadırovun ixtisarı, ravvinin düzəlişi...

Putinin sitatı, Kadırovun ixtisarı, ravvinin düzəlişi...

01 Mart 2024
Baxış: 397

Rusiyanın baş ravvini Berl Lazar hesab edir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov yəhudilərlə yaxşı münasibət bəsləyir və Rusiya prezidenti Vladimir Putinin sitatından yəhudilərin adını xüsusi olaraq çıxarmayıb.

AJMEDİA.İNFO xəbər verir ki, ravvinin sözlərini “Rise” nəşri sitat gətirir.

“Mən bilirəm ki, o, yəhudilərlə yaxşı rəftar edir, ona görə də əminəm ki, o, bunu qəsdən etməyib. Yəqin ki, cümlə uzun alınmasın deyə belə yazmaq onun üçün daha asan olub. Şübhə etmirəm ki, bu, qətiyyən yəhudilərə qarşı bir hərəkət deyil”, - deyə Lazar bildirib.

Bir gün əvvəl Çeçenistan lideri Teleqram kanalında prezident Putinin Federal Məclisə müraciəti zamanı verdiyi bir neçə bəyanatdan sitat gətirib, lakin bir sitatı qısaldıb.

Putinin sözləri aşağıdakı kimi olub: “Bizim əsgər və zabitlərimiz - xristianlar və müsəlmanlar, buddistlər və yəhudi dininin davamçıları, müxtəlif etnik qrupların, mədəniyyətlərin, regionların nümayəndələri Rusiya xalqının çoxəsrlik birliyi və çulğaışmasının min bir sözdən daha yaxşı olduğunu sübut etdilər - bu. nəhəng, hər şeyə qalib gələn qüvvədir”.

Kadırov isə həmin sitatı bu cür redaktə edib: “Bizim əsgər və zabitlərimiz - xristianlar və müsəlmanlar, buddistlər Rusiya xalqının çoxəsrlik birliyi və çulğaışmasının min bir sözdən daha yaxşı olduğunu sübut etdilər - bu. nəhəng, hər şeyə qalib gələn qüvvədir”. Musavat.com